Naftalanda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

Naftalanda  yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib
# 14 dekabr 2020 15:02 (UTC +04:00)

Naftalanda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Naftalan şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Niyaz Həsənovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi və koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratması müəyyən edilib. Polis əməkdaşları dərhal onun yerini müəyyən edərək, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Fakla bağlı ŞPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR