Neftçala rayonunda birmərtəbəli inzibati binada yanğının qarşısı alınıb

Neftçala rayonunda birmərtəbəli inzibati binada yanğının qarşısı alınıb
# 28 fevral 2021 17:42 (UTC +04:00)

Neftçala rayonunda ümumi sahəsi 354 m² olan birmərtəbəli inzibati binanın giriş hissəsində quraşdırılan elektrik lövhəsi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR