Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə keçirilib

Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə keçirilib
# 05 fevral 2021 15:16 (UTC +04:00)

Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılıb, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasəti prokurorluq orqanlarında da davam etdirilməklə ali hüquq təhsilli gənc hüquqşünasların müsabiqə yolu ilə işə qəbulu prokurorluğun kadr tərkibinin yüksək ixtisaslı mütəxəssislər hesabına yenidən formalaşmasını təmin edib.

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 80 vakant ştat vahidi üzrə elan edilmiş növbəti 22-ci müsabiqənin ilkin mərhələsi olan imtahan keçirilib.

Prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş namizədlər üçün müsabiqənin ilkin mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə 5 fevral 2021-ci il tarixdə saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat müddətində Dövlət İmtahan Mərkəzinin inzibati binasında keçirilir.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılır və imtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq.

Bundan əlavə, imtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin və Baş Prokurorluğun rəsmi internet saytlarında yerləşdiriləcək.

Test imtahanından tələb olunan keçid balını toplamış namizədlər müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanacaqlar.

Yazılı imtahan başa çatdırılaraq nəticələri elan edildikdən sonra müvəffəqiyyət qazanmış namizədlərin müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilməsi təmin ediləcək və müsabiqənin sonuncu müsahibə mərhələsinə buraxılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR