Qardaşı arvadını boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayır

Qardaşı arvadını boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayır
# 05 dekabr 2019 12:31 (UTC +04:00)

Ağsuda qardaşı arvadını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Nəriman Zahidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Ağsunun Qiyaslı kəndində baş verib.

Kənd sakini Nəriman Zahidov ailə münaqişəsi zamanı qardaşının həyat yoldaşı, 19 yaşlı Zahidova Xumar Rizvan qızını kəndirlə boğaraq öldürüb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Qadın bir il öncə ailəyə gəlin gəlib və hazırda iki aylıq körpə övladı var. Qadının həyat yoldaşı hərbçidir. O, hadisə zamanı evdə olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR