Qubada karantini pozaraq fəaliyyət göstərən kafe aşkar edilib

Qubada karantini pozaraq fəaliyyət göstərən kafe aşkar edilib
# 05 aprel 2021 12:47 (UTC +04:00)

Qubada gecə saatlarında fəaliyyət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkar ediblər.

Şöbə əməkdaşları tərəfindən dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti işlədən M.Qasımov və orada olan 6 nəfər şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.

Qaydaları pozan şəxslərlə bir daha profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR