Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb
# 21 yanvar 2021 10:06 (UTC +04:00)

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan APA-ya bildirilib ki, RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayon ərazisində A.Hüseynli və M.Qədirov qanunsuz ov etdiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətirilib. Saxlanılan şəxslərdən ümumilikdə 10 ədəd çöl quşu və 2 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR