Şamaxı sakini Rusiyada göldə batıb - FOTO

Şamaxı sakini Rusiyada göldə batıb - FOTO
  • Clock-gray 15:38
  • calendar-gray 18 İyul 2020

 

Azərbaycan vətəndaşı Rusiyada bədbəxt hadisə nəticəsində ölüb.

Rusiyanın Orenburq şəhərində yaşayan Rövşən Səfərov APA-ya bildirib ki, Şamaxı rayon sakini, 1973-cü il təvəllüdlü Məcidov Fuad Günəş oğlu Tatarıstanın Almetyevsk şəhərində göldə çimərkən ehtiyatsızlıq edib və suda boğulub.

Onun Rusiyada tək yaşadığı bildirilir.

R. Səfərov mərhum F. Məcidovun Şamaxıdakı qohumlarının tapılması, onların bu hadisə barədə xəbərdar olması və meyitinin dəfni üçün tədbir görülməsinə köməklik edilməsini istəyir.

 

Şahnəzər Bəşirov

Digər xəbərlər