Samux sakini sirkə turşusundan zəhərlənərək ölüb

Samux sakini sirkə turşusundan zəhərlənərək ölüb
# 02 aprel 2021 08:06 (UTC +04:00)

Samuxda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, 1983-cü il təvəllüdlü rayon sakini Zeynalova Vəfa Tahir qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

38 yaşlı qadının sirkə turşusu içdiyi məlum olub. Ona lazımi tibbi yardım göstərilsə də, bir neçə saatdan sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR