Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb - FOTO

Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb - FOTO
# 12 yanvar 2021 15:36 (UTC +04:00)

Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Qarayeri qəsəbəsində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb. Obyekt sahibi-Bəhruz Həsənov və müştərilər- Səbuhi Musayev, Orxan Quliyev və Orxan Rzayev saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR