Samuxda maşının aşması nəticəsində ölən və xəsarət alanların kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Samuxda maşının aşması nəticəsində ölən və xəsarət alanların kimliyi məlum olub - FOTO - YENİLƏNİB
# 02 may 2020 08:00 (UTC +04:00)

Samuxda minik maşınının çaya aşması nəticəsində ölən və xəsarət alanların kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs 2014-cü il təvəllüdlü Süleymanov Hüseyn Elnur oğlu, ağır xəsarət alan şəxs isə Məmmədov Raqif Qəzənfər oğludur.

Digər iki nəfər yüngül xəsarət alıb.

***

1 may, saat 22:46

Samuxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Lüksemburq kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21 06” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil Kür çayına aşıb. Qəza zamanı 6 yaşlı uşaq boğularaq ölüb, 3 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR