Səfirlik: Fərman İsmayılovun cənazəsinin yola salınması istiqamətində işlər aparılır

Səfirlik: Fərman İsmayılovun cənazəsinin yola salınması istiqamətində işlər aparılır
  • Clock-gray 18:32
  • calendar-gray 25 Yanvar 2021

Yanvarın 23-də Qvineya körfəzində Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsinin yola salınması istiqamətində işlər aparılır.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Qabondakı səfirliyinin “Twitter” hesabında bildirilib.

Qeyd olunub ki, 3 türkiyəli dənizçinin səhhəti yaxşıdır.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün bildirib ki, Fərman İsmayılovun cənazəsi Qabona gətirilib. XİN başçısı əlavə edib ki, F. İsmayılovun cənazəsi sabah Qabonun paytaxtı Librevildən Türk Hava Yollarına məxsus təyyarə ilə Türkiyəyə, Türkiyə üzərindən isə Azərbaycana çatdırılacaq.

apa-logo-mini

Digər xəbərlər