Şəkidə bir-birinə bitişik iki evdə yanğın olub

Şəkidə bir-birinə bitişik iki evdə yanğın olub
# 25 oktyabr 2020 22:42 (UTC +04:00)

Şəkidə iki fərdi yaşayış evi yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki şəhəri Dəmirçizadə küçəsində, Elşən Kamil oğlu Babayevə məxsus, ümumi sahəsi 80 kv/m olan kürsülü birmərtəbəli dörd otaqdan ibarət fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın genişlənərək evə bitişik tikilən digər ümumi sahəsi 40 kv/m olan ikiotaqlı evin dam örtüyünə də keçib. Yanğın nəticəsində dördotaqlı evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Digər evin isə dam örtüyünün 20 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR