Şəkidə mikroavtobus piyadanı vuraraq öldürüb

Şəkidə mikroavtobus piyadanı vuraraq öldürüb
# 27 avqust 2020 12:39 (UTC +04:00)

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, avqustun 26-da saat 16.00 radələrində Şəki şəhərinin Ə.Haqverdiyev küçəsində şəhər sakini Q.Məcidov idarə etdiyi “Ford” markalı xətt mikroavtobusu ilə yolu keçən həmyerlisi Solmaz Alxasovanı vurub. Nəticədə xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Şəki Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR