Şəmkirdə maşın aşıb, ölən var - YENİLƏNİB

Şəmkirdə maşın aşıb, ölən var - YENİLƏNİB
  • Clock-gray 11:01
  • calendar-gray 27 Noyabr 2019

Şəmkirdə baş verən qəzanın təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, rayonun Dəllər kənd sakini Rafiq İsmayılovun idarə etdiyi “VAZ” markalı avtomobil Qazax rayonu istiqamətində hərəkətdə olan zaman Zəyəm kənd sakini Elçin Cəfərovun idarə etdiyi “EO-2621” markalı traktorla toqquşub. Toqquşmadan sonra “VAZ” aşıb.

Qəza nəticəsində R. İsmayılov ölüb, onun sərnişini olan həyat yoldaşı İradə İsmayılova isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

***

Saat 10:08

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 1947-ci il təvəllüdlü İsmayılov Rafiq İsmayıl oğlunun idarə etdiyi “VAZ-21010” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu, Səlcuq Elçin

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date