Sumqayıt sakini yeni köçdüyü evdə dəm qazından boğulub

Sumqayıt sakini yeni köçdüyü evdə dəm qazından boğulub
# 09 mart 2021 17:42 (UTC +04:00)

Sumqayıt sakini yeni köçdüyü evdə dəm qazından boğulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən həyət evlərindən birində baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü Məmmədov Bəhruz Bəhram oğlu yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb. 26 yaşlı gənc 5 gün imiş ki, həmin evə köçübmüş.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR