Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
# 20 yanvar 2021 10:50 (UTC +04:00)

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Azərbaycan prospektində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən şəhər sakini İsmayılova Cəmilə İmamqulu qızını avtomobil vurub. Piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən yayınıb.

Təxminən 60-65 yaşlarında olan C. İsmayılova həkimlərin səylərinə baxmayaraq, xəstəxanada ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR