Sumqayıtda mənzildə partlayış baş verib

Sumqayıtda mənzildə partlayış baş verib
# 02 mart 2021 20:47 (UTC +04:00)

Sumqayıt şəhərində mənzillərin birində partlayış baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 6-cı mikrorayon, ev 27, mənzil 161-də baş verib. Belə ki, mənzilin vanna otağında qaz sızması güclü partlayışla müşayət olunub. Partlayışın gücündən mənzilin pəncərəli qırılıb, parçaları küçəyə dağılıb. Mənzildə olan əşyalar yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Müvafiq qurumların nümayəndələri hadisə yerinə cəlb olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR