Tovuzda 9 yaşlı uşağı maşın vurub

Tovuzda 9 yaşlı uşağı maşın vurub
  • Clock-gray 19:37
  • calendar-gray 19 İyun 2020

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Cəlilli kəndindən keçən hissəsində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən Cəlilli kənd sakini, 2011-ci il təvəllüdlü Quliyev Həsən Xəyyam oğlunu avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Digər xəbərlər