Tovuzda silahlı şəxs saxlanılıb

Tovuzda silahlı şəxs saxlanılıb
  • Clock-gray 11:33
  • calendar-gray 13 Noyabr 2020

Tovuzda silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayon sakini E.Qəhrəmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı sərnişin N.Məsimovdan “AK-74” markalı avtomat silahı, 22 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər