Tərtərdə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Tərtərdə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
# 30 sentyabr 2020 12:26 (UTC +04:00)

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 29-da saat 13 radələrində Tərtər rayonu ərazisində müəyyən edilməmiş avtomobillə rayon sakini İ.İsmayıllının idarə etdiyi “Volkswagen” markalı avtomobil toqquşub.

Qəza nəticəsində, sürücü İ.İsmayıllı, sərnişinləri - qardaşı Nahid və anası Güllü İsmayılova xəstəxanaya yerləşdirilib, anası aldığı xəsarətlərdən orada ölüb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR