Tərtərdə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Tərtərdə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb
# 19 fevral 2021 11:38 (UTC +04:00)

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində avtomobillə piyadanı vuraraq hadisə yerindən yayınan naməlum şəxsin yeri müəyyən edilərək saxlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, fevralın 15-də saat 08 radələrində Tərtər rayonunun Hüsənli kəndi ərazisində yolu keçmək istəyən piyadanın müəyyən edilməyən avtomobillə vurulması barədə RPŞ-yə məlumat daxil olub. Hal-hazırda piyadanın vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücünün Müşviq Qasımov olduğu müəyyən edilib. O, yol qəzasını törətdiyi avtomobillə birlikdə saxlanılaraq Tərtər RPŞ-yə gətirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR