Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib

Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib
# 18 mart 2021 07:34 (UTC +04:00)

Yevlaxda qeydə alınan ağır yol qəzasında bir nəfər ölüb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Yevlax - Zaqatala - Gürcüstan avtomobil yolunun 10-cu kilometrliyində - Xanabad kəndi yaxınlığında, biri “VAZ 2107” olmaqla, iki minik maşını toqquşub.

Qəza nəticəsində “VAZ”ın sürücüsü, 1993-cü il təvəllüdlü, Ağdaş rayonunun Şəkili kənd sakini Cabbarov İlvin Aydın oğlu hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR