Qaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Qaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
# 26 fevral 2020 20:57 (UTC +04:00)

Qaxda 70 yaşlı kişini avtomobil vuraraq öldürüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Qax şəhəri ərazisində baş verib.

Qax şəhər sakini, 70 yaşlı Məmmədəli Tofiq oğlu Soltanov yolu keçmək istəyən zaman “VAZ” markalı minik avtomobili tərəfindən vurulub. Qəza zamanı ağır bədən xəsarətləri alan M.Soltanov Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriləndən bir qədər sonra keçinib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR