Zərdabda toy məclisi təşkil edən şəxslər cərimələnib - VİDEO

Zərdabda toy məclisi təşkil edən şəxslər cərimələnib - VİDEO
  • Clock-gray 10:47
  • calendar-gray 26 İyun 2020

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Zərdab rayonun Alıcanlı kəndində 25 nəfərə yaxın şəxs toplaşaraq, toy məclisi təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozub. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 14 nəfər saxlanılıb. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib edilərək məhkəmənin qərarı ilə 100 manat miqdarında cərimə ediliblər.

Zahid Abışov

Digər xəbərlər