AAYDA-ya məxsus metalları oğurlayan şəxs saxlanılıb

AAYDA-ya məxsus metalları oğurlayan şəxs saxlanılıb
# 15 iyun 2022 11:06 (UTC +04:00)

İyunun 14-də saat 10 radələrində Xızı rayonunun Yeni Yaşma qəsəbəsində yolların mühafizə zolağında istifadə olunan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus məhəccərləri və yolun örtük hissəsindən sökülmüş metalları qanunsuz olaraq əldə edib idarə etdiyi “KamAZ” markalı avtomobilə yükləyən Sumqayıt şəhər sakini A.Alışov Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən xəbər verilib.

Qeyd edilib ki, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR