Abşeronda sürücü ehtiyatsızlıqdan uşağın üstündən keçib

Abşeronda sürücü ehtiyatsızlıqdan uşağın üstündən keçib
# 20 iyun 2022 02:23 (UTC +04:00)

Xırdalan şəhərində körpə avtomobilin altında qalıb.

APA xəbər verir ki, hadisə AAAF Park yaşayış kompleksinin həyətində baş verib.

Qonşuluqda yaşayan şəxs avtomobili ilə geriyə hərəkət edərkən həyətdə oynayan 2018-ci il təvəllüdlü Hüseyn Ağayevin üzərindən keçib. Kəllə nahiyəsindən xəsarət alan uşaq hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR