Ağacların kəsilməsinə görə cinayət işləri başlanıb

Ağacların kəsilməsinə görə cinayət işləri başlanıb
# 02 avqust 2022 11:04 (UTC +04:00)

Ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı cinayət işləri başlanıb.

Bu barədə APA-ya Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində Balakən, Bərdə və Ucar rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Balakən rayonunun Roçəhməd və Qazma kəndində, Bərdə rayonunun Otuzikilər kəndində, Ucar rayonunun Qarabörk kəndində meşə fonduna daxil olmayan ağacların və kolların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 35 min manat ziyan dəyib.
Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR