Ağdamda müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb

Ağdamda müştərilərə qəlyan təklif edən çay evi

© APA | Ağdamda müştərilərə qəlyan təklif edən çay evi

# 21 dekabr 2021 10:42 (UTC +04:00)

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayonun Quzanlı qəsəbəsində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi müəyyən edilib. Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb.

Faktla bağlı Ağdam RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR