Ağstafada gənc ehtiyyatsızlıqdan ağır xəsarət alıb

Ağstafada gənc ehtiyyatsızlıqdan ağır xəsarət alıb
# 19 oktyabr 2019 05:20 (UTC +04:00)

Ağstafa sakını yıxılaraq ağır xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Pirli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Məhərrəmov Zahid Şadət oğlu at arabası ilə gedən zaman yıxılıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. 29 yaşlı gəncə kələ-beyin travması diaqnozu qoyulub.

Onun vəziyyətinin orta-ağır olduğu bildirlir. Xəstənin sözlərinə görə, kəndə at arabası ilə gedən zaman qarşıdan gələn minik maşını siqnal verib. Elə bu zaman o, arabadan yıxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR