Ağsu aşırımında qəza olub

Ağsu aşırımında qəza olub
# 03 may 2022 19:56 (UTC +04:00)

Ağsu aşırımında qəza baş verib. İki "VAZ 2106" markalı avtomobil toqquşub.

APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alan olmayıb.

Qeyd edək ki, qəza Ağsu aşırımında avtomobillərin hərəkətinə mane olub. Belə ki, bayram günlərində rayonlara getmiş insanlar Bakıya qayıtdığı üçün yolda sıxlıq yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR