Ağsu sakini canavarların hücumuna məruz qalıb

Ağsu sakini canavarların hücumuna məruz qalıb
# 06 iyun 2022 13:22 (UTC +04:00)

Ağsu rayonunda gənc oğlan canavarların hücumuna məruz qalıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon sakini Tural Hüseynli Elabad kəndinin dağlıq ərazisində qoyun otararkən qəflətən canavarlar ona hücum edib. Vəhşi heyvanlar onun bədəninin bir neçə yerini dişləyərək ağır xəsarətlər yetiriblər. Tural Hüseynli Ağsu Mərkəzi rayon Xəstəxanasına aparılıb, quduzluğa qarşı vaksin vurulub. Hazırda müalicəsi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR