Almaniyadan deportasiya edilən şəxsə hökm oxunub

Almaniyadan deportasiya edilən şəxsə hökm oxunub
# 27 iyul 2022 13:40 (UTC +04:00)

Almaniyadan Bakıya deportasiya olunandan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Pünhan Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Pünhan Kərimli 6 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin noyabrında Almaniyadan readmissiya üzrə Bakıya qayıdan Pünhan Kərimli yanvarın 25-də saxlanılıb. Onun barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onda 7,5 qram heroin və 2,5 qram metamfetamin aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR