Arvadını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Arvadını bıçaqlayan şəxsin məhkəməsi başlayır
# 16 oktyabr 2019 09:02 (UTC +04:00)

Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən Akif Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il paytaxtın Nizami rayonunda baş verib. Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi fərdi evdə yaşayan 1993-cü il təvəllüdlü Nəcəfova Fatimə Tahir qızı həyat yoldaşı Akif Nəcəfov tərəfindən yaşadıqları evin vanna otağında qarın nahiyəsindən bıçaqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR