Bank Of Baku

Astarada yol qəzasında moped sürücüsü ölüb - FOTO

Astarada yol qəzasında moped sürücüsü ölüb - FOTO
# 10 iyul 2023 20:05 (UTC +04:00)

Astarada baş verən qəzada moped sürücüsü ölüb.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi, axşam saatlarında rayonun Deqədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sərxan Məlikovun idarə etdiyi "Ford Transit" markalı avtomobil Seləkəran kənd sakini Ruslan Əliyevin idarə etdiyi mopedlə toqquşub.

Nəticədə mopedin sürücüsü R.Əliyev ölüb.

Meyit daxili və xarici müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR