Azad edilmiş ərazilərdə 2 ton çətənə kolu aşkarlanıb - FOTO

Azad edilmiş ərazilərdə 2 ton çətənə kolu aşkarlanıb - FOTO
# 03 iyun 2022 09:52 (UTC +04:00)

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Qərvənd və Baş Qərvənd kəndlərinin ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan 2982 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR