"Azərişıq"a məxsus maşının qəzaya düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

"Azərişıq"a məxsus maşının qəzaya düşməsi faktı ilə bağlı cinayət işi başlanıb
# 19 sentyabr 2019 11:20 (UTC +04:00)

Qubada 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, rayonun Söhüb kəndində "Azərişıq" ASC-nin Quba şöbəsinin əməkdaşlarının olduğu "UAZ" markalı, 10 JF 130 dövlət nömrə nişanlı avtomobil aşıb. Nəticədə Zahid Qurbanov və Namiq Rüstəmov ölüb. Daha iki nəfər - Azər Abdullayev və İlkin Rəsulov xəsarət alıb.

Həmin faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR