Bakı-Qazax şossesində mikroavtobus qəzaya uğrayıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakı-Qazax şossesində mikroavtobus qəzaya uğrayıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
# 01 fevral 2023 08:07 (UTC +04:00)

Bakı-Qazax şossesində baş verən qəza zamanı xəsarət alanların sayı 4-ə çatıb.

APA xəbər verir ki, qəza zamanı daha bir nəfərin vəziyyəti ağır olduğunundan Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Həmin şəxs 1983-cü il təvəllüdlü Orucova Sevil Kamal qızıdır.

***

Saat 06:42

Bakının Qaradağ rayonunda yol qəzası zamanı 3 nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Qızıldaş qəsəbəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı mikroavtobus paytaxt istiqamətinə hərəkətdə olarkən minik maşını ilə toqquşub.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Orucov Mehman Bəxtiyar oğlu, 1973-cü il təvəllüdlü Orucova Sevinc Kamal qızı və 1954-cü il təvəllüdlü Eminov Nazim Səməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.

Baş Dövlət Yol Polisinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR