Bakıda 17 yaşlı tələbə yol qəzasında ölüb

Bakıda 17 yaşlı tələbə yol qəzasında ölüb
# 09 oktyabr 2019 11:34 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, səhər saatlarında dərsə gedən tələbə, 2002-ci il təvəllüdlü Abdullayeva Solmaz Bəhruz qızını yolu keçərkən avtomobil vurub. 17 yaşlı qız aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Məhrumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR