Bakıda arvadını bıçaqlayıb, daha sonra özünə xəsarət yetirən şəxsə hökm oxunub

Bakıda arvadını bıçaqlayıb, daha sonra özünə xəsarət yetirən şəxsə hökm oxunub
# 26 iyul 2022 16:25 (UTC +04:00)

Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Namiq Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Namiq Rəsulov 7 il 10 ay 15 gün azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il mayın 28-də saat 23 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.

Ailə münaqişəsi zəminində Namiq Rəsulov həyat yoldaşı Fərqanə Rəsulovaya bıçaq xəsarətləri yetirib. Namiq Rəsulov daha sonra özünə bıçaq xəsarətləri vurub. Hər iki şəxsi xilas etmək mümkün olub.

Namiq Rəsulova Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR