Bakıda avtomobil piyadanı vuraraq maşınlara çırpılıb - FOTO - VİDEO

Bakıda avtomobil piyadanı vuraraq maşınlara çırpılıb - FOTO  - VİDEO
# 23 dekabr 2021 01:28 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində baş verib.

Hadisə zamanı 99-XV-303 dövlət nişanlı “BMW” markalı avtomobili idarə edən Nadir Quliyev yolu keçən 1999-cu il təvəllüdlü Abdullayev Cəfər Elxan oğlunu vurub. Daha sonra idarəetmədən çıxan avtomobil yol kənarında dayanan “Toyota”, “Ford”, “VAZ 2107” və “Opel” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində C.Abdullayev ağır xəsarət alıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR