Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, H. Seyidzadə küçəsində qeydə alınıb.
Şəhər sakini, 1985-ci il təvəllüdlü Zaur İbrahimovun idarə etdiyi "Toyata" markalı avtomobil hərəkətdə olan zaman piyada, 1950-ci il təvəllüdlü Fazil Qasımovu vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.