Paşha Bank
Bank Of Baku

Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb

Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
# 03 noyabr 2026 21:23 (UTC +04:00)

Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Todan kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Lada NİVA” markalı minik avtomobili idarəetməni itirərək təxminən 150 metr hündürlükdən dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 64 yaşlı R. Həsənəliyeva hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R. Həsənəliyeva Birinci Qarabağ müharibəsinin şəhidi Sirac Həsənəliyevin anasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR