Bakıda baş verən yol qəzasında 2 nəfər ölüb

Bakıda baş verən yol qəzasında 2 nəfər ölüb
# 22 noyabr 2019 12:58 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, noyabrın 21-də saat 6 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Abdullayevin və M.Kazımovun idarə etdikləri “Mercedes” markalı 2 avtomobil toqquşub. Nəticədə İ.Abdullayevin sərnişinləri - paytaxt sakinləri Surxay Abbasov və Kifayət Məmmədova hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR