Aeroport yolunda baş vermiş yol qəzasında 3 nəfər xəsarət alıb.
Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Baş həkimi Rauf Nağıyev bildirib.
“Təcili yardıma müraciət 13:06-da daxil olub. 3 nəfər xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb”, - baş həkim qeyd edib.
TƏBİB-dən APA-ya verilən məlumata görə, qəzada xəsarət alan 3 nəfərə tibbi yardım göstərilib, vəziyyətləri orta agır qiymətləndirilir.
Hazırda onların müalicəsi davam edir.
***
13:59
Bakıda betonqarışdıran maşın avtomobilin üzərinə aşıb.
APA-nın xəbərinə görə, hadisə aeroport yolunda qeydə alınıb.
Betonqarışdıran maşının "Opel" markalı avtomobilin üzərinə aşması nəticəsində xəsarət alanların olduğu deyilir. Hadisə yerinə FHN-in, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları, təcili tibbi yardım briqadası cəlb olunub.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli faktı APA-ya təsdiqləyib.
O qeyd edib ki, hazırda DYP əməkdaşları tərəfindən yolda hərəkət tənzimlənir.
Səlcuq Elçin
Yetər Kərimli