Bank Of Baku

Bakıda borcunu ödəyə bilməyən şəxs bıçaqlanıb

Bakıda borcunu ödəyə bilməyən şəxs bıçaqlanıb
# 20 yanvar 2023 08:12 (UTC +04:00)

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə metronu "Nizami" stansiyasının qarşısındakı parkda qeydə alınıb.

Belə ki, paytaxt sakini 1958-ci il təvəllüdlü Babayev Oqtay Muxtar oğlu pul borcu olduğu şəxslə mübahisə edib.

Mübahisə zamanı O.Babayev bıçaqlanıb.

Yaralı bədənin müxtəlif sahələrinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR