Bakıda fəhləni elektrik cərəyanı vuraraq öldürüb

Bakıda fəhləni elektrik cərəyanı vuraraq öldürüb
# 13 avqust 2022 10:39 (UTC +04:00)

Avqustun 12-i saat 09 radələrində paytaxtın Nərimanov rayonu, M.Araz 92 ünvanında 1983-cü il təvəllüdlü Aqil Əliyevin fəhlə kimi işlədiyi üçmərtəbəli binanın zirzəmisində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR