Bakıda gənc oğlan mübahisə zamanı bıçaqlanıb

Bakıda gənc oğlan mübahisə zamanı bıçaqlanıb
# 18 oktyabr 2019 00:21 (UTC +04:00)

Bakının Binəqədi rayonunda blçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Xutor qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Xəlilov Elgün Məhəbbət oğlu yaşadığı evin yaxınlığında bir neçə nəfərlə mübahisə edib. Əlbəyaxa davaya çevrilən mübahisə zamanı E.Xəlilov boynundan bıçaqlanıb. Yaralı dostlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Boynunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan yaralı cərrahi əməliyyat edilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR