Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ölüb.
APA xəbər verir ki, hadisə Zabrat şossesində baş verib.
1989-cu il təvəllüdlü Kəramət Məmmədov yolu keçmək istəyərkən minik avtomobili onu vuraraq öldürüb.
Ölən şəxsin meyiti morqa təhvil verilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.