Bank Of Baku

İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib

İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib
# 11 noyabr 2026 15:43 (UTC +04:00)

İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

İtaliyanın təhsil naziri Cüzeppe Valditara “La7” telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunlu elektron məktub ölkənin müxtəlif bölgələrindəki təhsil müəssisələrinə göndərilib. Onun sözlərinə görə, təxliyə edilən məktəblərin sayı arta bilər.

Romadakı məktəblərdən biri valideynlərə göndərdiyi məlumatda bütün şagirdlərin təhlükəsiz əraziyə çıxarıldığını və müəllimlərin nəzarəti altında olduqlarını bildirib.

Hökumətdəki mənbənin “Reuters”ə verdiyi məlumata görə, təhdid məktubu özünü “Misoginistan Vilayətinin lideri Mixail Andropov” kimi təqdim edən şəxs tərəfindən imzalanıb.

Hazırda İtaliya polisi hadisə ilə bağlı araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR