Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda gənc oğlanı avtomobil vurub
# 14 may 2022 07:02 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

Yolun əks tərəfinə keçmək istəyən 1991- ci il təvəllüdlü Həmzəyev Nicat Elşən oğlunu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR